İraq ölkənin tarixində ilk dəfə olaraq təxminən 10 min kub fut (300 kubmetr) həcmində təbii qaz kondensatı ixrac edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, neft nazirliyinin nümayəndəsi Cihad Assemin yaydığı məlumatda yük gəmisinin bazar günü Umm-Qəsrin cənub limanından yola çıxdığı bildirilir. İstehsalçının “Basra” qaz şirkəti olduğu bildirilsə də, yükün dəyəri və alıcının kimliyi barədə məlumat açıqlanmayıb.
Yayılan məlumatlarda o da bildirilir ki, İraqın qaz ehtiyatları 112 trilyon kubmetrə çatır.
Qeyd edək ki, "İslam dövləti" radikal qruplaşmasının fəaliyyəti ilə əlaqədar İraqda gərgin vəziyyət hökm sürür və üç il ərzində terrorçular ölkənin əhəmiyyətli ərazilərini ələ keçiriblər.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər