“Ötən il 81 şəxs Suriya və İraqdan Azərbaycana gətirilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələnin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, İraq Səfirliyinin vasitəçiliyi ilə ümumilikdə 2018-ci ildən bəri 286 azyaşlı və 2 qadın Azərbaycana qaytarılıb: “Ötən il isə 81 şəxs İraq və Suriyadan Azərbaycana gətirilib. Onların çoxu qadın və uşaqlardır. Bu şəxslərlə bağlı ötən il də işlər görülüb. Potensial olaraq gələcəkdə bu uşaqların, anaların taleyi ilə bağlı işlərin görülməsinə ehtiyac var”.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər