“Qafqazinfo”nun xəbərinə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev “ans press”ə verdiyi açıqlamada bildirib ki, hazırda Azərbaycan vətəndaşlarının İraqa səfər etməyi məsləhət deyil:
"İraqda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarının İraqa səfərlərini mümkün qədər təxirə salmağı tövsiyyə edirik".
Xidmət rəhbəri hazırda İraqda ölkə vətəndaşlarının olub-olmadığını araşdırdıqlarını da sözlərinə əlavə edib.
Qeyd edək ki, terrorçu qruplaşma adlandırılan İŞİD bir neçə İraq şəhərini nəzarəti altına alıb. Terrorçu qruplaşma şiə təriqətindən olan müsəlmanlara qarşı amansız olacağını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər