İraqda aksiyaçılarla polis toqquşdu, yaralılar var

iraqda-aksiyacilarla-polis-toqqusdu-yaralilar-var
Oxunma sayı: 1100

İraqda Vasit Universiteti yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşmalar zamanı 48-i polis olmaqla, 60 nəfər yaralanıb.

Qeyd edək ki, Vasit şəhəri İranla sərhəddə yerləşir. İraqda aksiyalar ötən ilin oktyabrından başlayıb. Etirazçılar ölkə konstitusiyasına dəyişiklik edilməsini, həyat şəraitinin yüksəldilməsini tələb edirlər.