İraqın paytaxtı Bağdadda hökumət əleyhinə aksiyalar yenidən alovlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, etirazlar Vasıt, Bəsrə, Babil, Divaniyə, Müsənna, Kərbəla, Nəcəf, Zikar və Misan şəhərlərini də bürüyüb.
Basra şəhərində isə hüquq-mühafizə orqanı əməkdaşlarını etirazçılara qarşı qanunsuz əməl etməkdə günahlandıran iki jurnalist naməlum şəxslər tərəfindən öldürülüb. Bu isə etirazçıların sərt reaksiyasına səbəb olub.
Mitinqçilər “İran və ABŞ, İraqdan çıxın” şüarı səsləndirirlər. Etirazçılarla polis arasında toqquşma olub, yaralılar var.
Qeyd edək ki, İraqda ötən ilin oktyabrından başlayan etiraz aksiyalarında 500-dən çox insan ölüb, 20 mindən çox insan yaralanıb. Təzyiqlər nəticəsində Baş Nazir Adil Əbdülhəmid istefa vermək məcburiyyətində qalmışdı.

Son xəbərlər
Son Xəbərlər