İraq mərkəzi cinayət məhkəməsi səkkiz əcnəbi qadına ömürlük həbs cəzası verib. “Qafqazinfo” xəbər verir ki, qadınlar İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham ediliblər.
Onlardan 3-ü Türkiyə, daha üçü Azərbaycan, biri Özbəkistan və Suriyadandır.
Qeyd edək ki, son vaxtlar İraq məhkəmələrində ömürlük həbs cəzası verilən və ya haqlarında edam qərarı çıxarılan qadınlar arasında azərbaycanlıların sayı artıb.
Son xəbərlər
Son Xəbərlər