İraqda generalların olduğu konvoya daha bir hücum, ölənlər var

iraqda-generallarin-oldugu-konvoya-daha-bir-hucum-olenler-var
Oxunma sayı: 3986

İraqın paytaxtı Bağdadda içində Haşdi Şabi generalları olan əsgəri konvoya hava hücumu həyata keçirildiyi bildirilir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər ölüb. Haşdi Şəbanın verdiyi məlumata görə, hücum generallara qarşı yox, tibb işçilərinə yönəlik həyata keçirilib.

Bəzi yerli media orqanlarında isə hədəf alınan konvoyda Haşdi Şabiyə daxil olan Kətaib İmam Ali Birliyinə daxil olan generalların olduğu bildirilib.