İraqda hava limanına raket hücumu

İraqda hava limanına raket hücumu
Oxunma sayı: 862

İraqın şimalındakı Ərbil şəhərindəki beynəlxalq hava limanına raket hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İraq Kürd Regional Administrasiyası Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Bildirilib ki, ən azı bir raket hava limanını hədəf alıb və ərazidə partlayış səsi eşidilib.

Faktla bağlı araşdırmanın davam etdiyi qeyd olunub.