İraqda İŞİD-in yeddi komandiri öldürüldü

iraqda-isid-in-yeddi-komandiri-olduruldu
Oxunma sayı: 1254

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraqın Ər-Rəmadi şəhərinin şərq hissəsinə endirdiyi havadan zərbələr nəticəsində İŞİD terror qruplaşmasının 7 komandiri məhv edilib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə yerli hərbçilərə istinadən "Iraqi Media News Agency" məlumat yayıb.

Məlumata görə, təyyarələr terrorçu-komandirlərin görüşdüyü Ənbar əyalətinin Əl-Xalidiyyə rayonunu bombardıman edib. Həmçinin terrorçulara məxsus üç nəqliyyat vasitəsi məhv edilib.