İraqda partlayış- - 8 ölü

iraqda-partlayis-
Oxunma sayı: 898


"Qafqazinfo" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Bağdadın cənub-şərqində yerləşən Diyala şəhərinin polisi deyir ki, iyulunda 19-da yolkənarına qoyulmuş bomba partlayıb, 4 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Bağdadın şərqində isə yenə də yolkənarına qoyulmuş bombadan 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Nahravan məhəlləsində törədilən partlayışda isə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Bu hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq son aylar Bağdadda və ətrafında oxşar hücumlara görə İslam Dövləti silahlı qruplaşması məsuliyyət daşıdığını bəyan edib.