İraqda qum fırtınası oldu, minlərlə insan xəstəxanaya yerləşdirildi

iraqda-qum-firtinasi-oldu-minlerle-insan-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1093

İraqda səhər saatlarında güclü qum fırtınası yenidən başlayıb. Bütün ölkəni əhatə edən qum fırtınası səbəbindən boğulma riski ilə üzləşdikləri üçün xəstəxanalara müraciət edənlərin sayı 4000-ə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İraq Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, fırtınaya görə Beynəlxalq Bağdad, Nəcəf və Süleymaniyyə hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.