İraqda 12 mayda keçirilən parlament seçkilərində istifadə edilən bülletenlərin paytaxt Bağdadda saxlanıldığı anbarda yanğın olub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinin sözcüsü Saad Maan məlumat verib.
Məlumata görə, yanğın zamanı bütün sandıqlar yanıb.
Xatırladaq ki, seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə səslərin yenidən sayılması ilə bağlı qərar verilmişdi. Hadisənin bu qərardan sonra baş verməsi yanğının bilərəkdən çıxardılması ehtimalını ortaya atıb.
Qeyd edək ki, seçkilərdə Müqtəda əs-Sədrin “əs-Sayrun” koalisiyası qalib gəlmişdi.


Son xəbərlər
Son Xəbərlər