İraqda partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bağdaddan 40 kilometr cənubda yerləşən İsgəndəriyyə kəndində baş verib. Partlayış nəticəsində azı 30 nəfər ölüb, 65 nəfər isə yaralanıb.
Hadisə futbol matçından sonra qeydə alınıb. Belə ki, mükafatlandırma mərasimində terrorçu-kamikadze özünü partladıb.
Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.
Son xəbərlər
Son Xəbərlər