İraqda terror aktı - 60 ölü

iraqda-terror-akti
Oxunma sayı: 821

İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.

"Qafqazinfo" virtualaz.org-a istinadən xəbər verir ki, maşın polis postu yaxınlığında partladılıb.

Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.

Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.