İraqda terrorçu-kamikadze dəfn mərasimində özünü partlatdı

iraqda-terrorcu-kamikadze-defn-merasiminde-ozunu-partlatdi
Oxunma sayı: 929

İraqda terrorçu-kamikadzenin törətdiyi partlayışda azı 5 nəfər ölüb, onlarla insan isə yaralanıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, hadisə paytaxt Bağdaddan 50 km şimalda yerləşən Tarmiya kəndində keçirilən dəfn mərasimində baş verib.

Hələlik terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.