İraqda xəstəxana yanğınında ölənlərin sayı 120-ni ötdü

iraqda-xestexana-yangininda-olenlerin-sayi-120-ni-otdu
Oxunma sayı: 788

İraqın cənubundakı Zikar vilayətində koronavirus xəstələrinin yerləşdirildiyi xəstəxanada baş verən yanğında ölənlərin sayı 124-ə çatıb.

Bu barədə “Qafqazinfo” “Al Hadath” telekanalına istinadən xəbər verir.

Daha əvvəl ölənlərin sayı 92 idi.

İraqın Baş naziri Mustafa əl-Kazıminin sözlərinə görə, yanğının araşdırılmasının ilkin nəticələri bir həftə ərzində elan olunacaq. Eyni zamanda, Di-Kar əyalətinin Apellyasiya Məhkəməsi regional Səhiyyə Nazirliyinin 13 əməkdaşının saxlanılmasına dair order verib.