İraqda xəstəxana yanğınında ölənlərin sayı 92-yə çatdı

iraqda-xestexana-yangininda-olenlerin-sayi-92-ye-catdi
Oxunma sayı: 963

İraqın cənubundakı Zikar vilayətində koronavirus xəstələrinin yerləşdirildiyi xəstəxanada baş verən yanğında ölənlərin sayı 92-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İraqın rəsmi xəbər agentliyi məlumat yayıb.

Daha əvvəl ölənlərin sayı 64, yaralıların sayı 50 olaraq bildirilmişdi.