İraqda zəvvarları daşıyan avtobus aşıb - 1 ölü, 35 yaralı

iraqda-zevvarlari-dasiyan-avtobus-asib
Oxunma sayı: 761

İraqın Süleymaniyyə şəhərində Həccə getməyə hazırlaşan zəvvarları daşıyan avtobus qarşıdan gələn avtomobillə toquşub.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qəzadan sonra aşan avtobusdakı zəvvarlardan 1-i ölüb, 35-i isə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib. Yaralılar ən yaxın xəstəxanalara yerləşdirilib.