İraqdakı partlayışda ölənlərin sayı 41-ə çatdı

iraqdaki-partlayisda-olenlerin-sayi-41-e-catdi
Oxunma sayı: 712

Bağdad yaxınlığındakı stadionda törədilən terror aktı nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, terrorçu-kamikadze üzərindəki partlayıcını futbol oyununun qalibinin mükafatlandırılması mərasimində işə salıb.

Terror aktının qurbanları arasında kənd administrasiyası başçısının və şiə könüllərinin komandirinin də olduğu bildirilir. Partlayış nəticəsində 65 nəfər xəsarət alıb.

Partlayışın məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.