“ABŞ xoşməramlı missiya və İraqda İŞİD-lə mübarizə məqsədilə Yaxın Şərqdədir. Gündəmimizdə İraqdan çəkilmək məsələsi yoxdur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morqan Ortaqus deyib. Onun sözlərinə görə, ABŞ ordusunun İraqda olması İŞİD-lə mübarizə, Amerika, İraq və koalisiya tərəfdaşlarını qorumaq məqsədi daşıyır:
“Hazırda İraqa gedən heyətin məqsədi İraqla strateji əməkdaşlığı necə təkmilləşdirə biləcəyimizi, Yaxın Şərqdə hərbi mövcudluğumuzu müzakirə etməkdir, əsgərlərin geri çəkilməsi deyil. Biz suveren, inkişaf edən və sabit İraqın dostu və tərəfdaşı olmaq istəyirik”.
Son xəbərlər
Son Xəbərlər