İraqdan “Fətih” əməliyyatı - Mosulu İŞİD-dən geri alır

iraqdan-fetih-emeliyyati
Oxunma sayı: 1713

İraq Müdafiə Nazirliyi Mosulu İŞİD-dən azad etmək üçün əməliyyatların başladığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mosul 2014-cü ilin aprelindən bəri İŞİD tərəfindən işğal edilib. Mosul şəhəri İraq ordusunun son iki ildir ən böyük itkisi hesab edilirdi. Mosulun mərkəzi hesab edilən Ninova şəhərini azad etməyə hədəflənən ilk əməliyyata səhər saatlarından start verilib. “Fətih” adlanan əməliyyatda Mosula bağlı bəzi kəndlərin azad edildiyi və oraya İraq bayrağı asıldığı bildirilir.