Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “PKK” terrorçularına qarşı növbəti əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat İraqın Qəndil, Qara, Hakurk və Zap bölgələrində həyata keçirilib.
Əməliyyat zamanı terrorçulara məxsus olan sığınacaq, anbarlar, qərargah və s. məkanlardan ibarət 40-a yaxın hədəf zərərsizləşdirilib.
Bildirilir ki, əməliyyat hava qüvvələrinin iştirakı ilə keçirilib.
Son xəbərlər
Son Xəbərlər