İraqın xarici işlər naziri Fuad Hüseyn koronavirusa yoluxub.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Al Sumaria” telekanalına nazirliyin rəsmi nümayəndəsi Əhməd əl-Səhhaf məlumat verib.
“Bəzi xəbər agentlikləri nazirin koronavirusa yoluxduğu üçün Ərəb Dövlətləri Liqasının xarici işlər nazirlərinin Küveytdə çağırılan məşvərət iclasında iştirak etməyəcəyi barədə məlumat yayıblar. Əmin edə bilərik ki, onun vəziyyəti yaxşıdır, o, sağalır və tezliklə işinə davam edəcək”, - əl-Səhhaf qeyd edib.
Son xəbərlər
Son Xəbərlər