İraqda səfərdə olan İran prezidenti Həsən Ruhani bu ölkənin baş naziri Adil Əbdülmehdi ilə görüşüb.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, görüş zamanı neft, ticarət, səhiyyə, nəqliyyat və viza məsələlərində anlaşma memorandumu imzalanıb.
Razılaşmaya əsasən Bəsrə və Şəlamça (İran tərəfi) arasında dəmir yolu inşa ediləcək.
Görüşdə iş adamlarına sadələşdirilmiş viza tətbiq edilməsi barədə də razılıq əldə olunub. Bundan başqa, apreldən etibarən sıravi vətəndaşların səyahətləri zamanı vizaların pulsuz veriləcəyi də qərarlaşdırılıb.
Son xəbərlər
Son Xəbərlər