İraqlı Baş nazirin iqamətgahına hücum edən PUA-lardan 2-si vurulub

iraqli-bas-nazirin-iqametgahina-hucum-eden-pua-lardan-2-si-vurulub
Oxunma sayı: 1926

İraq Daxili İşlər Nazirliyi ölkənin baş naziri Mustafa əl-Kazımiyə sui-qəsd cəhdini terror aktı adlandırıb.

“Qafqazinfo” İNA agentliyinə istinadən xəbər verir ki, nazirlik açıqlamasında Əl-Kazıminin iqamətgahına 3 dron vasitəsilə hücum edildiyini bildirib. “Baş nazirə hücum terror aktıdır. Sui-qəsd üç PUA-nın köməyi ilə həyata keçirilib, onlardan ikisi vurulub. Üçüncü  PUA Əl-Kazıminin evinə düşüb, nəticədə Baş nazirin bir neçə mühafizəçisi yaralanıb. Onların sayı dəqiqləşdirilməyib.”, - deyə məlumatda qeyd edilir. 

Xatırladaq ki, daha əvvəl açıqlamada 10 mühafizəçinin yaralandığı bildirilirdi.

Həmçinin oxuyun: İraqın Baş nazirinin iqamətgahı dronla atəşə tutuldu - Yenilənib