İraqlı qaçqınla makedoniyalı sərhədçinin - Sevgi hekayəsi

iraqli-qacqinla-makedoniyali-serhedcinin-
Oxunma sayı: 1916

Sərhəd keçid-məntəqəsində tanış olan iraqlı qaçqınla makedoniyalı sərhədçi evlənməyə qərar veriblər.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı Noora Arkavazi ailəsi ilə birgə İraqın Diyala əyalətini tərk edir. Yüksək temperaturu olan gənc qız tibbi yardıma ehtiyacı olduğu üçün sərhəd təhlükəsizliyinə cavabdeh, ingilisdilli zabit Bobi Dodevskinin yanına göndərilir. 35 yaşlı Bobinin sözlərinə görə, bu, ilk baxışdan sevgi olur:

“Mən çox qızlar görmüşəm. Lakin Nooranın gözlərində nə isə xüsusi bir şey gördüm və dedim: “Bu odur. Noora buraya mənim həyat yoldaşım olmaq üçün gəlib”.

Arkavazi isə deyir ki, digər sərt həmkarlarından fərqli olaraq Bobinin miqrant uşaqlarla oynaması onun çox xoşuna gəlib.

Hazırda evli olan cütlük Bobinin digər evliliklərindən olan 3 uşağı ilə birgə yaşayır.