Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, , “Azadlıq” meydanına toplaşan 613 “İrəli” üzvü oradan “Xocalı abidəsi”nə yürüş təşkil ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin ruhunu yad etmək, eyni zamanda “613” rəqəmi ilə bir daha soyqırımı dəhşətinə diqqət çəkmək olub.
Artıq dünən axşamdan başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Facebook” və “Twitter”də genişmiqyaslı sosial aksiya başladılıb.
Son xəbərlər
Son Xəbərlər