“Qafqazinfo”nun verdiyi xəbərə görə, aksiya Ədliyyə Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Mayın 3-də saat 10:00-da başlanacaq tədbir "Dövlət Bayrağı Meydanı"ndan start götürməklə "Heydər Əliyev Mərkəzi"nin qarşısında başa çatacaq.
Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir. Arzu edənlərin 3 may saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər