“İrəli” aksiya xəbərini təkzib etdi

ireli-aksiya-xeberini-tekzib-etdi
Oxunma sayı: 1025


"Qafqazinfo" xəbər verir ki, birlikdən APA-ya daxil olan açıqlamada deyilir ki, bəzi KİV-də “İrəli” İctimai Birliyinin 9 May-Qələbə günü ilə əlaqədar Bakıda irimiqyaslı aksiya keçirəcəyi və “Qeorgievski Lenti” paylanılacağı ilə bağlı xəbər yayılıb. “İrəli” İB bəyan edir ki, yayılan xəbər həqiqəti əks etdirmir. 

“Hər il olduğu kimi, bu il də 9 May Qələbə günü münasibəti ilə tədbir keçirilməsi planlaşdırılıb. “İRƏLİ” Tarix Mərkəzi tərəfindən təşkil olunacaq dəyirmi masada II Dünya müharibəsində iştirak etmiş veteran və gənclərin iştirakı nəzərdə tutulub”, - deyə açıqlamada bildirilir.