“İRƏLİ” beynəlxalq təşkilatlara müraciət etdi

ireli-beynelxalq-teskilatlara-muraciet-etdi-
Oxunma sayı: 993


"Biz -  Müharibə şəraitində yaşayan gənclər olaraq, dünyada baş verən bütün müharibələrin əleyhinəyik, bununla yanaşı Ermənistan Respublikası tərəfindən regionda aparılan müharibə nəticəsində stabilliyin pozulması zamanı Azərbaycan gəncləri olaraq hər zaman torpaqlarımızın müdafiəsinə və hüquqlarımızın bərpasına hazır olduğumuzu bəyan edirik. 

Sizləri də baş verən bu hadisələr qarşısında biganə qalaraq susmamağa, hər zaman dəstəklədiyiniz sülhü bərqərar etməyə çağırırıq.

Sizdən, Azərbaycan gənclərinin səsinə səs verməyinizi istəyirik!

Təşkilat tərəfindən facebook sosial şəbəkəsində bütün gəncləri bu bəyanatın dünya dövlətlərinə və beynəlxalq təşkilatlara göndərilməsi üçün “event” yaradılıb. Həmçinin “Event” – də  qeyd edilən xüsusi bir sistem vasitəsilə “event”e daxil olanlar sadəcə ad soyad və e-mail adresini qeyd etməklə bəyanatı dünya dövlətləri və beynəlxalq qurumlara göndərə bilirlər. 

Qeyd edək ki, bəyanat aşağıda adı göstərilən bütün beynəlxalq qurumlarına göndərilir.  

-Birləşmiş Millətlər Təşkilatı

-Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı

-Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Minsk qrupu

-Avropa Şurası

-Avropa Parlamenti

-Avropa İttifaqı

-Amerika Birləşmiş Ştatlar konqresi

-Avstraliya senatı

Həmçinin göndərilənlər arasında digər dünya dövlətlərinin  nazirlər kabineti və ya parlamentləri də mövcuddur".