“İRƏLİ İctimai Birliyinin rəhbərliyi və üzvləri Azərbaycanda həyata keçirilən mövcud siyasətin gənclər arasında daha sürətli formada təbliğinə çalışır. “İslam Həmrəyliyi ili” çərçivəsində görüləcək işlər dünyanın diqqətini Azərbaycana çəkməyə, sülhün, ədalətin, mehribanlığın, qardaş ölkə olmağın, birləşməyin göstəricisi olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu təşkilatın rəhbəri Mirhəsən Seyidov deyib. O, bildirib ki, bu gün Azərbaycan xalqı İslam Həmrəylik ilində həmrəy olduqlarını daha yaxşı göstərməli və birləşməlidir: “Xüsusilə də gənclər bu mövzuya həssas yanaşmalı - xalqın, dövlətin səsini həmrəy olaraq tək ideya üzərində Azərbaycançılıq ideyası ilə dünyaya çadırmalıdırlar. Məhz elə buna görə də həmrəy olaraq daha böyük uğurlar əldə etmək olar.
2017-ci ilin “İslam Həmrəyliyi ili” olmasında məqsədlərdən biri də Azərbaycanın islam dünyasında yetərincə nüfuzlu ölkələrdən olmasıdır. İslam Ölkələri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir. “Biz islam dünyasını birləşdirmək istiqamətində səylərimizi ortaya qoyacağıq" sözləri Azərbaycanın, millətimizin beynəlxalq arenada islamı, sülhü dəstəklədiyini sübut edir”.
Son xəbərlər
Son Xəbərlər