İRƏLİ “SAY: Solidarity” layihəsinə start verir

ireli-say-solidarity-layihesine-start-verir
Oxunma sayı: 719

“İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub. 

Təşkilatdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalacaq olan gənclər müxtəlif istiqamətlər üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər, təlim və seminarlar keçiriləcək, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial, idman və intellektual yarışma yönümlü fəaliyyətlərdə yer alacaqlar.

“Support of Azerbaijan Youth (SAY): Solidarity” layihəsinin əsas məqsədi – Azərbaycanda İslam həmrəyliyinin möhkəmləndirilməsində gənclərin rolunun artırılması, tolerantlıq prinsiplərinin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumilikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.

SAY hərəkatı altında keçirilən və sayca 5-ci olan “SAY: Solidarity” layihəsi “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün seçilmiş gənclər paytaxtı olan Balakən rayonunda keçiriləcəkdir.