“Qafqazinfo” xəbər verir ki, konfransda iştirak edən “Mütərəqqi Sosialistlər və Demokratlar Alyansı” qrupunun üzvü ispaniyalı Elena Valenciano və italiyalı qrup üzvü Silvia Costa Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirib və Azərbaycandakı mövcud insan haqlarına dair narahatlıqlarını ifadə ediblər.
Avropa Parlamentinin vitse prezidenti Lunachek Ulrike-nin ismarıclarının tvitter sosial şəbəkəsində cavablandıran İRƏLİ sədri MirHəsən Seyidov sonradan insan haqlarına dair vitse- prezidentdən ismarıclar alıb. Lunachekin Azərbaycanda keçiriləcək tədbirə Avropanın siyasi liderlərinin qoşulmaması mesajına isə birlik sədri bu cür cavablandırıb:
“Biz 2012-ci ildə də eyni səhnəni yaşamışıq. Buna görə artıq bizi Dağlıq Qarabağ haqqında bir dəfə də olsun bəyanat verməyən Avropa siyasi liderləri maraqlandırmır”.

Son xəbərlər
Son Xəbərlər