“Qafqazinfo”nun verdiyi xəbərə görə, İrəli İctimai Birliyinin sədri MirHəsən Seyidovun namizədliyi haqda qərar Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə İctimai Şurasının keçirdiyi iclasında gənclər təşkilatlarının səs çoxluğu ilə qəbul edilib.
Xatırladaq ki, seçiləcək namizəd İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında gəncləri təmsil edəcək, eyni zamanda gənclərlə bağlı layihələrin həyata keçirilməsi, gəncləri narahat edən bir çox məsələlərin İctimai Televiziyada işıqlandırılması kimi məsələlərlə məşğul olacaq.
Son xəbərlər
Son Xəbərlər