“Qafqazinfo”nun verdiyi xəbərə görə, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının dəvəti ilə Azərbaycandan prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə və Baki Avropa Oyunları İcrayə Komitəsinin üzvü Sevinc Həsənova da daxildir.
Saqene Beynəlxalq və Çoxmillətli Könüllülər Mərkəzində (SAİFF) Gənclər Fondunun 6-ci qrant müsabiqəsinin qalibi olmuş "Dağlıq Qarabağ münaqişəsinin və Azərbaycan həqiqətlərinin Skandinaviya ölkələrinə çatdırılması və təbliği" layihəsi çərçivəsində Azərbaycana dair sərginin açlışı olub. Gənclər Fondunun sədri Fərhad Hacıyev və nümayəndə heyətinin digər üzvləri də sərginin açılışında iştirak edib.
Nümayəndə heyətinin Gənclər, Bərabərlik və İnteqrasiya nazirinin mavini Kai Morten Terminqlə görüşü zamanı fikir mübadiləsi aparılıb və Azərbaycanda aparılan gənclər siyasəti haqqında məlumat verilib.
Səfər zamanı nümayəndə heyəti Oslo Azərbaycan Evini ziyarət edib.
Son xəbərlər
Son Xəbərlər