"Qafqazinfo"ya daxil olan məlumata görə, Avropa Şurasının Gənclər Departamentinin Avropa Gənclər Forumu ilə birgə və Ərəb Dövlətləri Liqası tərəfindən həyata keçirilən forum, 2-5 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində baş tutur.
Forumun əsas məqsədi Avropa və Ərəb dövlətləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqda avropalı və ərəb gənclərinin iştirakının təmin edilməsidir.
Forumda Azərbaycanla yanaşı, 41 Avropa və Ərəb dövlərindən 90 iştirakçı təmsil olunur.
Forum zamanı iştirakçılar işçi qruplarında aktiv vətəndaşlıq və gənclərin şəxsi, siyasi, sosial və iqtisadi həyatlarında iştirakçılığı, gənclərin qərar vermə proseslərində iştirakı və bu səpkidə bir sıra mövzularda müzakirələr aparılacaq.
5-ci Avropa-Ərəb Gənclər Forumunun sonunda isə iştirakçı dövlətlər arasında Strasburq Gənclik Bəyamnaməsi imzalanacaq.
Son xəbərlər
Son Xəbərlər