“İrəli” Twitterdə aksiya keçirəcək

ireli-twitterde-aksiya-kecirecek
Oxunma sayı: 1219


Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, birliyin sədri MirHəsən Seyidov deyib ki, Türkiyədə “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat Kampaniyaının keçirdiyi tədbirlərə qatılıb: “Eyni zamanda İstanbulda Xocalıya Ədalət yürüşü keçiriləcək. Həmin yürüşdə iştirak edəcəyik. Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində İrəli İctimai Birliyi tərəfindən “25-lər” filmi çəkilib. Film Türkiyədən başqa Avropa ölkələrində də yayımlanacaq”.

Eyni zamanda Twitter-də Xocalı ilə bağlı sosial aksiyalar həyata keçiriləcək.