2Qafqazinfo"ya daxil olan məlumata görə, kampaniya 20 ildən artıqdır ki, Ermənistan Respublikası tərəfindən Azərbaycan torpaqlarının ərazi bütövlüyünün və 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasına qarşı yönəldilib.
“İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidovun sözlərinə görə beynəlxalq qurumların bütün olanlar qarşısında susması kampaniyanın həyata keçirilməsinin önəmini artırır: “Artıq 20 ildir ki, biz bu müharibənin acı nəticələrini yaşayırıq. Amma onlar susurlar. Xüsusilə ATƏT-in Minsk qrupunun nümayəndələrinin sadəcə mülahizələr bildirmələri, realda Ermənistana qarşı heç bir sanksiya və tələblərlə çıxış etməmələri, erməni təcavüzünü daha da artırır”
Bildirək ki, kampaniyaya qoşulmaq və “Erməni təcavüzünə yox!” demək üçün, xüsusi olaraq yaradılmış internet portalına-http://ireli.az/stopagression/index.htmldaxil olub, orada verilən linklər vasitəsilə, göstərilən sosial şəbəkələrdən birini seçib və ona uyğun olaraq təlimatı həyata keçirmək kifayətdir. Gənclər kompaniyada paylaşılanları ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki də işarələməklə həyata keçirirlər.
Son xəbərlər
Son Xəbərlər