“İrəli”nin 2015-ci il planları

irelinin-2015-ci-il-planlari
Oxunma sayı: 767


“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Seyidov deyib ki, 2014-cü il bir çox uğurları ilə yadda qalan il olsa da, 2015-ci ilin hədəfləri hər zamanki kimi Azərbaycan adına daha böyük uğurlar gətiriləcəyinə inanır: “Bir neçə il bundan öncə cənab Prezident tərəfindən imzalanmış sırf gənclərin inkişafına yönəlik bir çox proqramlar mövcuddur. Bunların davamı, icrası hələ də davam edir. Bu proqramların hədəflərində bu il daha böyük işlərin və layihələrin həyata keçiriləcəyinə əminik. Səmimi ifadə edim ki, son qeyri-iş günlərində biz komanda olaraq istirahət imkanlarımızı 2015-ci ilin strateji hədəflərinə yönəltdik və böyük bir strateji planla 2015-ci ildə təmsil olunacayıq.

2015-ci ildə daha çox Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıtdırılması, ölkə mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV nümayəndələrinin mütəmadi olaraq Azərbaycan haqqında yazıların işıqlandırılması, bununla paralel olaraq daha çox vətənpərvərlik və beynəlxalq iştirakçılıq haqqında işlərin görülməsi planlaşdırılır.