Təşkilatdan “Qafqazinfo”ya verilən məlumata görə, Heydər Əliyev Fondunun, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində çəkilən “Böyüməyən uşaqlar” filmi İ Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqındadır.
Filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir.
Qeyd edək ki, film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunacaq. Bu gün isə filmin Türkiyənin İstanbul şəhərində geniş auditoriyaya təqdimat mərasimi baş tutub. Mərasimdə İrəli İctimai birliyinin sədri MirHəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri birliyinin sədri, modern.az portalının baş redaktoru Elşad Eyvazlı, Türkiyənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Böyüməyən uşaqlar” filmi Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib. Yaxın gələcəkdə filmin Almaniyada nümayişi nəzərdə tutulur. Həmçinin bu mövzuda bədii filmin çəkilməsi də planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər