“İRƏLİ”nin rəhbəri dəyişdirilir - - Toplantı başladı + Fotolar+Yenilənir

irelinin-rehberi-deyisdirilir-
Oxunma sayı: 3473


Bu gün “İRƏLİ” İctimai Birliyinin 4-cü hesabat seçki konfransı keçirilir.

"Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, deputat Fuad Muradov və digər tanınmışların iştirak edəcəkləri gözlənilir.

 “İRƏLİ”nin keçmiş rəhbəri, deputat Ceyhun Osmanlı isə konfransa qatılmayacaq. Onun adı proqramda yoxdur. 

“İRƏLİ”nin indiki rəhbəri Rauf Mərdiyev konfrans öncəsi jurnalistlərə açıqlamasında yenidən namizədliyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək ki, hazırda Four Seasons otelində konfrans keçirilir. 

***

Hazırda tədbirin hesabat hissəsidir. İRƏLİ-çilər qonaqlara hesabat verir.

***

İRƏLİ rəhbəri postu uğrunda hələ ki, bir namizəd var. O Mirhəsən Seyidovdur.