Türkiyəli pop ulduz İrem Derici Selami Şahinin oğlu Liderdən ayrılıb. “Qafqazinfo” xəbər verir ki, cütlük İremin iş qrafikinin sıx olduğu üçün belə bir qərara gəlib.
Məlumata görə, yay fəsli gəldiyi üçün müğənni tez-tez konsert turlarına çıxır və sevgilisinə diqqət ayıra bilmir. İrem və Lider görüşmədiyi üçün aralarında yaranan soyuqluq böyüməyə başlayıb.
Buna görə də, onlar razılşaraq münasibətlərinə son qoyublar. Hətta, tanınmışlar instaqramda birlikdə paylaşdığı fotoları da siliblər.


Son xəbərlər
Son Xəbərlər