İrəvan 20 ölü, 26 yaralı xəbərini təkzib etdirdi

irevan-20-olu-26-yarali-xeberini-tekzib-etdirdi
Oxunma sayı: 2156


“Qafqazinfo” xəbər verir ki, Tert.am-ın xəbərində Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qondarma “Dağlıq Qarabağ” ordusunun 20 əsgərinin öldüyü, 26 nəfərin isə yaralandığı açıqlanıb. Həmin açıqlamada Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfini sərt addımlardan çəkinməklə bağlı çağırışı da yer alıb.

Daha sonra sayt məlumatı səhifədən yığışdırıb, bir az sonra isə onu yenidən yayımlayıb.

 Bir müddət sonra tert.am yenidən xəbəri səhifəsindən yığışdırıb və sayta “haker hücumu olduğu üçün” xəbərə ölü və yaralı sayı ilə bağlı cümləninin “əlavə olunduğunu” bildirib.