İrəvan aeroportunda bomba həyəcanı

irevan-aeroportunda-bomba-heyecani
Oxunma sayı: 874

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvanın “Zvartnots” beynəlxalq hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan FHN-in mətbuat katibi Ayk Kostanyan bildirib.

“Çağırışa istehkamçılar və kinoloqlar qrupları yollandılar. İşlər aparılır”, - o deyib.

Daha əvvəl FHN-ə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olub. Hazırda metronun işi dayandırılıb, yoxlama aparılır.