İrəvan Azərbaycan Dövlət Dram Teatrı Qarsda çıxış edib

irevan-azerbaycan-dovlet-dram-teatri-qarsda-cixis-edib
Oxunma sayı: 639

Gün.Az Türkiyənin sondakika.com portalına istinadən xəbər verir ki, teatrın Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş Türkiyə turnesi müvəffəqiyyətlə keçir.

Qarsdakı Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə şəhərə gələn İrəvan Azərbaycan Dövlət Dram Teatrı Xalq Maarif-Mədəniyyət Mərkəzində yerli auditoriyaya “Soyqırımı abidəsi”nin dastanı” adlı tamaşasını təqdim edib.

Türkiyəli dramaturq Zihni Papakçının yazdığı və İftixar Piriyevin səhnə quruluşu verdiyi eyniadlı pyes yerli teatrsevərlər tərəfindən anşlaqla qarşılanıb.