“Ermənistan hələ də öz tərəfdaşlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı atacağı addımlar barədə xəbərdar etməyib”.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
“Tərəfdaşların heç birinə izahat və ya bildiriş verilməyib”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini dondurduğu barədə açıqlamasından sonra Kreml izahat tələb edib.