İrəvan hərbi yardım üçün Rusiyaya müraciət edə bilər

irevan-herbi-yardim-ucun-rusiyaya-muraciet-ede-biler
Oxunma sayı: 8548

“Ermənistan əlavə hərbi yardım istəyi ilə Rusiyaya müraciət etməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Moskvadakı səfiri Vardan Toqyanyan “Moskva danışır” radiostansiyasının efirində açıqlama verib.

Onun sözlərinə görə, Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq bu gün çox sıx inkişaf edir. Müvafiq sualı cavablandıran səfir, “Lazım gələrsə, Rusiyaya müraciət edəcəyimizə inanırıq”,-deyə bildirib.

“Lakin biz Rusiyanın Qafqazda həqiqətən böyük rolu olduğuna və qan tökülməsini dayandırmaq üçün siyasi metodlara sahib olduğuna inanmağa davam edirik”,- deyə Toqanyan sözlərinə əlavə edib.