“İrəvan KTMT-yə rəsmi sənədlər göndərməyib”

irevan-ktmt-ye-resmi-senedler-gondermeyib
Oxunma sayı: 1695

“İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Ermənistanın çıxmasının mümkün nəticələrini müzakirə etmək üçün heç bir rəsmi sənəd göndərməyib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT-yə üzv ölkələrin XİN başçıları Şurasının iclasından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, təşkilatın bugünkü iclasında Ermənistanın KTMT-dən çıxması proseduru müzakirə olunmayıb.