İrəvan meri istefa ərizəsi yazıb

irevan-meri-istefa-erizesi-yazib
Oxunma sayı: 1023

İrəvan meri Taron Marqaryan istefa ərizəsi yazıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatı “Joqovurd” qəzeti meriyadakı mənbəyə istinadən yayıb. Xəbərdə qeyd edilir ki, İrəvan meri ilə bağlı məsələ artıq həllini tapıb:

“Marqaryan istefa barədə ərizə yazıb və bir neçə gündür işə çıxmır. Şəhər administrasiyasında qeyri-müəyyən vəziyyət yaranıb. Məmurlar bilmirlər ki, nə etsinlər”.

Qəzet onu da qeyd edir ki, baş nazir Nikol Paşinyan Marqaryanı mer postunda saxlamağı planlaşdırmır.

Aysel Kərimova