İrəvan metrosunda bomba aşkarlanmadı - Yenilənib

irevan-metrosunda-bomba-askarlanmadi
Oxunma sayı: 3628

İrəvanda metroya bomba qoyulması ilə bağlı həyəcan siqnalından sonra sərnişinlər təxliyə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər və kinoloqlardan ibarət briqadalar gedib. Təhlükəsizlik məqsədilə təxliyə işləri aparılır. Bütün metro stansiyalarının minalanması ilə bağlı anonim xəbərin daxil olmasından sonra metronun hərəkəti dayandırılıb.

Həmçinin parlamentə, hərbi və mülki obyektlərə də bomba qoyulması ilə bağlı məlumat daxil olub.

***

İrəvan Metropoliteninin bütün stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı xəbər öz təsdiqini tapmayıb.

“Axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib. Saat 21:30-da metroda iş bərpa olunub”, - İrəvan Metropoliteninin yaydığı məlumatda bildirilir.